Nazir vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov vətəndaşlarla görüşəcək. SİA-nın xəbərinə görə, nazir aprel ayının 18-də saat 11:00-da Cəlilabad Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə