"Proqram nəticəsində regionların bütün sosial-iqtisadi məsələləri həllini tapacaq"
"Bildiyiniz kimi, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq proqramlar həyata keçirilir. Proqramlar əsasında komleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılan misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır. Belə ki, son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib". SİA-nın xəbərinə görə, bunu millət vəkili Sevinc Hüseynova "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018) Dövlət Proqramı"nın əhəmiyyətindən danışarkən deyib.
O bildirib ki, Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub: "Azərbaycanın iqtisadi inkişafının əsas məqamlarından biri olan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008 və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb.
"İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Artıq 2014-2018-ci illəri əhadə edən üçüncü dövlət proqramı təsdiq olunub. Şübhəsiz ki, bu proqram nəticəsində regionların bütün sosial-iqtisadi məsələləri öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB