Azər Badamov: "Azərbaycanın çox yüksək iqtisadi göstəriciləri var"

Azər Badamov: "Azərbaycanın çox yüksək iqtisadi göstəriciləri var"

"Hər bir ölkə güclü iqtisadiyyatını qurmaq üçün əvvəlcə güclü infrastrukturunu təmin etməlidir. Azərbaycanda indiyə kimi bu yöndə mühüm işlər həyata keçirilib". SİA-nın xəbərinə görə, bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, əsas məqam enerji təhlükəsizliyinin təmin edilməsidir: "Azərbaycan yalnız özünün enerji təhlükəsizliyini təmin etməyib. Ölkəmiz bütövlükdə Avropanın enerji təhlükəsizliyinində mühüm rol oynayır. Digər bir məsələ böyük iqtisadiyyatın inkişafına yardımçı olan yolların tikintisidir. Yəni bu infrastrukturların qurulması olduqca vacibdir. Hesab edirəm ki, Azərbaycanın artıq çox yüksək iqtisadi göstəriciləri var və bu durmadan artacaq. Beləcə, ölkəmizin artıq oturuşmuş iqtisadiyyatı mövcuddur. Bu baxımdan düşünürəm ki, dövlətimizin həyata keçirdiyi siyasət yaxın zamanlarda ölkəmizin Avropanın ən aparıcı dövlətinə çevirməsinə imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə