Sürücülərin Nəzərinə!

Bakıda mərkəzi yollardan biri təmir işləri ilə əlaqədar bağlanıb. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan hissəsi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb: "Aprelin 6-da hərəkət dayandırılmadan 300 metrdən artıq məsafədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi ilə qaşınması həyata keçirilib. Artıq həmin ərazi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb. Hazırda yeni asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri gedir. Aprelin 8-i səhər saatlarından etibarən yeni asfalt-beton örtüyünün vurulmasına başlanılacaq. Bununla əlaqədar sürücülərə alternativ yollardan istifadə etmək məsləhət görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə