Mart ayında 4972 vergi ödəyicisi qanunu pozub

Mart ayında 4972 vergi ödəyicisi qanunu pozub

2014-cü ilin mart ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilən tədbirlər zamanı 4972 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. Verdilər Naazirliyindən SİA-ya verilən xəbərə görə, 2535 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 602 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 676 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

644 vergi ödəyicisinin 753 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi, 304 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıdığı, 80 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmayan 317 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilən faktlarla bağlı müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə