Ukraynada qazın qiyməti bahalaşacaq

Ukraynada qazın qiyməti bahalaşacaq

Ukraynanın maliyyə naziri Aleksandr Şlapak, ölkədə qazın qiymətinin artacağı barədə açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, əhaliyə verilən qazın qiyməti may ayının 1-dən etibarın 73 faiz bahalaşacaq.

Onun sözlərinə görə, qazla yanaşı digər enerji qiymətlərində də artım gözlənilir: "Enerji qiymətləri 40 faiz bahalaşacaq. Lakin Ukrayna iqtisadi vəziyyəti pis olan 1 milyon əhaliyə dəstək verməyi nəzərdə tutur. Bunu nəzərə alaraq iqtisadi cəhətdən aşağı olan bəzi bölgələrdə qiymət artımı olmayacaq".

Qeyd edək ki, aprelin 1-də Rusiya Ukraynaya verdiyi təbii qazın qiymətini artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə