Ötən ay Novorossiysk limanından 84 681 ton neft ixrac edilib

Ötən ay Novorossiysk limanından 84 681 ton neft ixrac edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin mart ayında Novorossiysk (Qara dəniz, Rusiya) limanından 84 681 ton xam neft ixrac edib.

ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47% azdır.

Ötən ay Supsa (Qara dəniz, Gürcüstan) limanından 1,5% çox və ya 242 053 ton, Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından isə 20,3% çox və ya 1 702 355 ton xam neft ixrac edilib.

Ümumilikdə bu ilin yanvar-mart ayları ərzində ötən ilin analoji dövrünə nisbətən Novorossiysk limanından 38,1% az və ya 254 330 ton, Supsa limanından 10% çox və ya 807 183 ton, Ceyhan limanından isə 2,3% çox və ya 4 694 973 ton xam neft ixrac edilib.

ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə