"Şahdağ" ES-in elektrik enerjisi istehsalı 77 milyon kilovatsaat olub
Cari ilin iki ayı ərzində "Şahdağ" ES-in elektrik enerjisi istehsalı 77 milyon kilovatsaata yaxın olub. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlarda nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun olaraq, son üç ay ərzində də vaxtında göstərilib.
Məlumata əsasən, fevral ayında 39,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. 2013-cü il ərzində isə burada 303,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Ümumiyyətlə stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB