Yaxınlarda yeni yeraltı piyada keçidi inşa olunacaq

Yaxınlarda yeni yeraltı piyada keçidi inşa olunacaq

"Bakının Fətəli xan Xoyski prospektində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında yeni yeraltı piyada keçidinin tikintisinə başlanılır. Hazırda yeni piyada keçidinin inşasına görə ərazi hasarlanıb". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, yaxınlarda ərazidə qazıntı və kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılacaq: "Piyada keçidi iki giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 120, eni 6, hündürlüyü isə 3 metr olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə