"Azəriqaz" dini məbədlərə 5 min kubmetr pulsuz qaz limiti verdi

"Azəriqaz" dini məbədlərə 5 min kubmetr pulsuz qaz limiti verdi

"Ötən il Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına və ARDNŞ Şurasının dekabrın 30-da təsdiq olunmuş qərarına əsasən, məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib.

Onun sözlərinə görə, birlik abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin 2013-cü il ərzində istifadə etdikləri orta illik sərfiyyatı 1953 kubmetr olub: "Buna baxmayaraq, hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5 min kubmetr limitin tətbiq olunması nəzərdə tutulur. Bu qərar yalnız dövlət qeydiyyatından keçmiş dini icmalara məxsus məbədlərə aiddir".

Bütün xəbərlər Facebook səhifəmizdə