Bakı və Moskva müəssisələri arasında görüş keçiriləcək

Bakı və Moskva müəssisələri arasında görüş keçiriləcək

Azərbaycanda Bakı və Moskva (Rusiya) müəssisələri arasında görüşlər keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, iki şəhərin istehsal müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Moskva şəhərinin hökuməti aprelin 2-də "Biznes-Marafon 2014" layihəsi çərçivəsində Azərbaycan və Rusiya paytaxtlarının sahibkarlarının Bakıda işgüzar görüşünün keçirilməsinin təşəbbüskarı kimi çıxış edib.

Məlumata görə, ertəsi gün, aprelin 3-də Moskva sahibkarları Bakının qabaqcıl istehsal müəssisələrinə təcrübə və texnologiyalar mübadiləsi aparmaq üçün səfərlər edəcəklər.

Görüşdə iştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri Azpromo-ya müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə