5,4 milyard manatlıq məhsul istehsal olunub

5,4 milyard manatlıq məhsul istehsal olunub

2014-cü ilin yanvar-fevral aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,4 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, sənaye məhsulunun 71,6 faizi istehsal olunan mədənçıxarma bölməsində 6,8 milyon ton neft, 3,1 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1 faizini təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə