Neft bahalaşıb

Martın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,69 dollar və ya 0,7% artaraq 1 barelə görə 98,89 dollar olub. SİA-nın məlumatına görə, martın 14-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,18 dollar və ya 1,2% artaraq 108,57 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə