"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı tədbirlər planının" təsdiq edilməsi barədə sərəncam imzalayıb. Tədbirlər planında əsasən sənaye bölgələri olan Sumqayıtda, Bakıda, Gəncədə, Mingəçevirdə sənaye parklarının yaradılması nəzərdə tutulur". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, "sənaye ili" elan edilməsi ilə bağlı tədbirlər planınında bölgələrdə emal müəsisələrin yaradılması məsələsi də öz əksini tapıb: "Sumqayıtda geniş sənaye parkı yaradılıb, o cümlədən Balaxanıda da texnopark tikilib. Gəncədə Alüminium zavodu istifadəyə verilib. Sənaye parkının yaradılması ilə bağlı fəaliyyətlərin coğrafi bölgüsü genişləndirilir və bu baxımdan ixtisaslı kadr potensialına ehtiyac nəzərə alınacaq. Sənaye ilində konkret fəaliyyətləri həyata keçirilməsi eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. İqtisadiyyatın şaxələnməsi üçün isə qeyri-neft sektorunda sənayenin dəstəklənməsi qaçınılmazdır. Bir sözlə, proselər gedir və bu proseslərin tezləşdirilməsi və daha da intensivləşdirilməsi üçün belə bir tədbirlər planına ehtiyac var idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB