1-5 mart tarixlərində paytaxtın bəzi rayonlarında içməsi su problemi yaranacaq
Kür-Bakı magistral su kəmərlərinin birinin qəzalı vəziyyətdə olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə verilən içməli suyun həcmi azaldılıb. "Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar 01-05 mart 2014-cü il tarixlərində Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının 24 saat fasiləsiz su ilə təmin olunan bəzi yerlərində içməli suyun verilməsi səhər və axşam olmaqla qrafik rejimə keçiriləcək.
Qeyd edək ki, yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB