Vahid Əhmədov: "Əhalinin həyat səviyyəsi yüksələcək, sosial-rifah halı daha da yaxşılaşacaq"
"Regionların sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramlarının həyata keçirilməsi kənd yollarının çəkilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi baxımından olduqca əhəmiyyəti olub". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki dövlət proqramı çərçivəsində böyük işlər görülüb: "Qarşıya qoyulan məqsədlərə nail olunub və bir sıra vacib məsələlər yerinə yetirilib. Lakin ucqar kənd yollarının çəkilməsi ilə bağlı məsələlər hələ də qalmaqdadır. Artıq regionlarda nəzərdə tutulduğu kimi infrastuktur layihələr başa çatıb və növbəti sənayeləşmə dövrü başlayıb. Həyata keçirilən hər iki Dövlət Proqramı əsasən, elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması sahəsində infrastruktur layihələr ilə bağlı olub. Üçüncü Dövlət Proqramı daha çox qəsəbələrin yollarının çəkilməsinə, yeni iş yerlərinin açılmasına, sahibkarlığın, emal sənayesinin və kənd təsərrüfatının inkişafına ayrılması nəzərdə tutulur. Qeyd edim ki, növbəti proqram 2014-2018-ci illəri əhatə edəcək. Bu Dövlət Proqramının reallaşdırılması nəticəsində əhalinin həyat səviyyəsi yüksələcək və sosial-rifah halı yaxşılaşdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB