Vahid Əhmədov: "Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir"

Vahid Əhmədov: "Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir"

"Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin və Gürcüstanın yaxından iştirakına xüsusi diqqət yetirir". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir: "Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu dövlətlər arasında müqavilələr imzalanıb və mədəni əlaqələr o cümlədən, ticarət əlaqələri qurulub".

Vahid Əhmədov onu da qeyd edib ki, böyük layihələrdən olan Bakı-Tbilisi-Qars dəmiryolu və TANAP qaz kəməri bu dövlətlərin ərazisindən keçir: "Bu dəmiryolu xətinin 2014-cü ilin sonuna kimi təhvil verilməsi gözlənilir. Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi yük və sərnişindaşıma da artımlar olacağını deməyə əsas verir. Bir sözlə bizim bu dövlətlərlə çox zəngin birgə tariximiz və ortaq dəyərlərimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə