Musa Qasımlı: “Elm" haqqında qanun layihəsi elmin inkişafında yeni bir addım olacaq”
"Uzun zamandır ki, müzakirə olunan "Elm" haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Qanun layihəsi bir sıra dəyişikliklərdən sonra müzakirəyə təqdim olunacaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib. Onun sözlərinə görə, bu layihə Azərbaycan elmini yeni bir inkişaf səviyyəsinə çıxaracaq: "Dövlət siyasətinin prinsiplərini, məqsəd və prioritetlərini müəyyənləşdirəcək. Qanun layihəsində elmi işçilərin sosial təminatının müdafiəsi sahəsində ciddi məsələlərin əks olunması nəzərdə tutulur. Hər şeydən əvvvəl dövlət mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan elmi işçilərin, xüsusilə də, gənc alimlərin növbəsiz mənzil sahəsi ilə təmin olunması üçün dövlətin şərait yaratması, onlara güzəştli sosial ipoteka kreditlərinin verilməsinə təminat verməsi nəzərdə tutulur. Qanun layihəsində eyni zamanda, yaşayış sahəsi omayan gənc alim və istedadlı elmi işçilərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz torpaq sahəsinin ayrılmasının təmin olunması nəzərdə tutulur. Elmi işçilər qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli kreditlər götürmək və qrantlar almaq hüququna malik olacaqlar. Bu qanun layihəsi elmin inkişafında yeni bir addım olacaq və Azərbaycanı beynəlxalq aləmə çıxara biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB