Neft ucuzlaşıb

Fevralın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,06 dollar və ya 1,1% azalaraq 1 barelə görə 96,43 dollar olub. SİA xəbər verir ki, bu gün ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,36 dollar və ya 0,4% azalaraq 106,04 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə