Ötən il dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə monitorinq keçirilib və 30-dan çox müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib. Əmlak Məsələləri Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, qanunsuz olaraq tikinti və yenidənqurma işlərinin aparılması hallarının qarşısının alınması məqsədilə məhkəmələrə iddia ərizələri verilib. İcarə haqlarının yığılmasında şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən ödənişlərin həyata keçirilməsi davam etdirilib.
Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 6,5 milyon manatdan çox vəsait daxil olunub ki, bununla da 2013-cü ilin dövlət büdcəsi üzrə müəyyən edilmiş müvafiq tapşırıqlar 130 faizə yaxın yerinə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB