Əhalinin gəlirləri ötən illə müqayisədə 8% artıb

Əhalinin gəlirləri ötən illə müqayisədə 8% artıb

Ötən il Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilə nisbətən 8% artaraq 37,6 mlrd. manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirin həcmi 4 039,6 manat və ya ayda orta hesabla 336,6 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,6% olub.

Bu dövr ərzində gəlirlərin 64,3%-i son istehlaka, 8,3%-i vergilər, sosial sığorta və üzvlük haqları, 1,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 25,6%-i isə əmanət və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan 34,5 mlrd. manatlıq gəlir əvvəlki ilə nisbətən 8% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə