Deputat: "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilib"

Deputat: "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilib"

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı icrası başa çatmış əvvəlki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə birləşdirir". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, hər iki dövlət proqramında qarşıya qoyulan əsas məqsəd regionlarda infrastrukturun yaxşılaşdırılması, elektrik enerjisi, qaz, su təchizatı ilə bağlı problemlərin həlli olub: "Bu proqramların icrası nəticəsində bölgələrin işıq, qaz və su təchizatı demək olar ki, 90 faiz yerinə yetirilib. İnfrastrukturun daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Regionlarda əsas problemlərdən biri də yol təsərrüfatının yenidən qurulması ilə bağlıdır. Bu problemin aradan qaldırılması ilə bağlı da geniş tədbirlər həyata keçirilib. Dövlət Proqramı əsasında bölgələrimizdə evlərin su-kanalizasiya sistemi yenidən qurulub və bəzi yerlərdə bərpa işləri aparılıb, elektrik enerjisinin verilməsində keyfiyyət yaxşılaşdırılıb, kənd yolları yenidən çəkilib".

Vahid Əhmədov onu da qeyd edib ki, hər iki dövlət proqramının icrası regionların iqtisadi inkişafına çox böyük təkan verib: "Bu məsələ ilə əlaqədar olaraq təbii ki, yeni iş yerləri də yaradılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı artıq yeni mərhələyə qədəm qoyur. Bu dövlət proqramı təsdiqlənərsə, fikrimcə sonuncu dövlət proqramı olacaq və bununla da yerdə qalan bir sıra məsələlər öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə