Məlahət İbrahimqızı: “Davos Forumu dünyada keçirilən ən mötəbər tədbirdir”

Məlahət İbrahimqızı: “Davos Forumu dünyada keçirilən ən mötəbər tədbirdir”

"Bu gün İsveçrədə Davos Ümumdünya İqtisadi Forumu keçirilir. Bu forumda aparılan müzakirələrdə biznes təşkilatları, dövlət orqanları və digər sahələrdən olan nümayəndələr daxil olmaqla 100 ölkədən 2500 nəfər iştirak edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Forumun gündəliyinə G20 ilə bağlı suallar da daxil edilib: "İqtisadi Forumda həmçinin qlobal enerji təhlükəsizliyi məsələsinin də müzakirə olunacağı gözlənilir".

Məlahət İbrahimqızı daha sonra qeyd edib ki, Davos İqtisadi Forumunda dünyada gedən iqtisadi və sosial məsələlər müzakirə edilir: "Burada ölkələrin əməkdaşlıqları mühüm əhəmiyyət kəsb edir. Bu forum hər il keçirilir. Burada iştirak edən ölkələr mühüm nailiyyətlər əldə edib ki, digər ölkələr də onların təcrübəsini öyrənirlər. Hazırda Davos Forumu dünyada keçirilən ən mötəbər iqtisadi tədbirdir. Qürurverici bir haldır ki, bu iqtisadi foruma Azərbaycan da ev sahibliyi edib".

Bütün xəbərlər Facebook səhifəmizdə