Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirləri 2013-cü ildə 10,7% artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, 2013-cü ildə müəssisələrə və əhaliyə ümumilikdə 1528,1 milyon manatlıq rabitə xidmətləri göstərilib.
İnformasiya və rabitə xidmətlərinin ümumi həcmindən 72,4%-i əhaliyə göstərilən xidmətlərin payına düşüb. Bu arada əldə edilən gəlirlərin 59,1%-i mobil rabitə xidmətlərinin payına düşüb. Ötən il ərzində mobil rabitə sahəsində əldə edilmiş gəlirlərin ümumi həcmi 902,5 milyon manat təşkil edib, bu da 2012-ci ilin göstəricisindən 17,4% çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB