Yanvarın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,62 dollar və ya 0,7% artaraq 1 barelə görə 94,99 dollar olub. SİA-nın məlumatına görə, yanvarın 21-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,38 dollar və ya 0,4% artaraq 106,73 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB