Bu gün Dünya İqtisadi Forumu öz işinə başlayır

Bu gün Dünya İqtisadi Forumu öz işinə başlayır

Bu gün Dünya İqtisadi Forumu öz işinə başlayır. SİA-nın verdiyi xəbərə görə, İsveçrənin Davos şəhərində baş tutacaq forum sayca 44-cüdür. Bu il forumda aparılan müzakirələrdə 100 ölkədən 2 min 500 nümayəndə iştirak edəcək ki, ora biznes təşkilatları, dövlət orqanları və digər sahələrdən olan məmurlar daxildir. Müzakirələr yanvarın 26-dək davam edəcək.

Forumda iyirmidən artıq sessiya xammal təhlükəsizliyi və iqlim dəyişiklikləri məsələsinə həsr olunacaq.

Sammitin təsisçisi Klausa Şvabanın sözlərinə görə, bu il forumun proqramı 4 əsas mövzu - innovasiyanın müasir həyata təsiri, qlobal inkişaf perspektivləri, vətəndaş cəmiyyətinin iqtisadi proseslərə təsiri, dünya əhalisinin artımı daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə