"Hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. İstifadədə olan vaqonların təmiri işləri aparılır və bu yaxınlarda Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 60 sərnişin vaqonu, eyni zamanda Rusiyanın Voronej şəhərinə göndərilən 16 vaqonu təmir olunaraq Azərbaycana gətirilib". SİA-nın xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun yap.org.az saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, vaqonlar Bakı-Tbilisi və Bakı-Moskva istiqamətində xəttə buraxılacaq: "Azərbaycanda sərnişin vaqonlarının əsaslı təmiri üzrə texnologiyalar mövcud olmadığına görə vaqonlar təmir üçün xaricə göndərilir".
Sədr Arif Əsgərov onu da qeyd edib ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində bir sıra mühüm işlər görülüb: "Dövlət Proqramının icrası istiqamətində 10 dekabr 2013-cü ildə Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatıb. Bunun da 256 kilometri artıq 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib. Dünya Bankının Layihəsi çərçivəsində 50 ədəd dəyişən cərəyanla işləyən yeni yük lokomotivlərinin alınması üzrə müvafiq prosedurlara uyğun olaraq işlər davam etdirilir. Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərindəki yeni ikinci körpünun və körpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508 km-də Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası görülən işlər sırasındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB