Vahid Əhmədov: "2014-cü ilin ən böyük layihələri həm də siyasi addımlardır"
"2014-cü ildə ən böyük layihələrdən biri "Şahdəniz 2" yatağının tikintisinə start verməkdir". SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov cari ildə Azərbaycan iqtisadiyyatı üçün reallaşması gözlənilən böyük layihələr barədə danışarkən belə deyib.
Onun sözlərinə görə, 2014-cü ildə "Şahdəniz 2" layihəsi üzrə tikinti işlərinə start verilməlidir ki, layihə 2018-ci ildə yekunlaşsın: "Son nəticədə isə 2019-cu ildə Azərbaycan qazı TANAP və TAP boru kəməri layihələri vasitəsi ilə Azərbaycanın mavi yanacağı Avropaya çıxarılacaq. Cari ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi də ölkə iqtisadiyyatı üçün uğurlu addımdır. Layihə əsasında Avropanı Asiya ilə birləşdirən əsas dəmir yolu çəkilib və onun istifadəyə verilməsi ilə Azərbaycan nəqliyyatında böyük inkişaf baş verəcək. Belə ki, ölkədə yüklərin daşınması prosesi sürətlənəcək. Bu da uzun müddətdir ki, reallaşması gözlənilən və Azərbaycanın inkişafı üçün əhəmiyyət kəsb edən layihədir. Bundan başqa cari ildə ölkəmizin daha bir neçə uğurlu iqtisadi addımı olacaq. Fikrimcə, bu layihələr Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün atılan siyasi addımlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB