850 kq-dan çox yararsız ərzaq malları satışdan çıxarılıb

850 kq-dan çox yararsız ərzaq malları satışdan çıxarılıb

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakının Səbail, Sabunçu, Qaradağ, Binəqədi, Yasamal rayonlarında, Sumqayıt, Gəncə, Xırdalan, Şəki, Şamaxı, Bərdə, Saatlı, Yevlax, Sabirabad, Xaçmaz, Cəlilabad, Ağsu, Yardımlı, Tərtər şəhərlərində, eləcə də Samux, Füzuli rayonlarında aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 850 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə