Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 22 yanvar 2014-cü il tarixdə, saat 11:00-da Fondun Quba rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Qusar, Şabran, Siyəzən, Xaçmaz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək. SİA-nın məlumatına görə, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, Fondun Aparatında (012) 434-12-34, Quba rayon şöbəsində (023) 335 - 26 - 15, Qusar rayon şöbəsində (023) 385-40-94, Şabran rayon şöbəsində (023) 353 -39- 48, Siyəzən rayon şöbəsində (023) 304 - 09- 04, Xaçmaz rayon şöbəsində (023) 325-05-25 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Quba rayon şöbəsinə aparılıb gətirilmələri təmin ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB