Eyyub Hüseynov: “Geni dəyişdirilmiş məhsullar insan sağlamlığı üçün təhlükə mənbəyidir”
"Qanunla Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların Azərbaycana gətirilməsi qadağan olunub. Bu məhsulların qarşısını almaq üçün çox ciddi cərimələr nəzərdə tutulub". SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib.
Onun sözlərinə görə, istehlakçılarının hüquqlarının pozulması ilə yanaşı, ölkə bazarında olan təhlükəli, genetik modifkasiya olunmuş məhsullar barəsində narahatlıq əks olunur: "Lakin bir çox ölkələr o cümlədən Amerikanın "Mansasır" şirkətinin buraxdığı GMO-lar yetişdirmədir. Bir çox yerlərdə satılan kartofun pomidorların bir hissəsi genetik modifkasiyaya uğrayıblar. Təəssüflər olsun ki, bu məhsullar təbiətin biomüxtəlifliyini pozurlar. Artıq Azərbaycanda "avara" yem bitki növləri azdır. Çünki genetik modifkasiya olunmuş orqanizmlər onları məhv edir. Ekolji təmizlik haqqında 2008- ci ildə qəbul olunmuş qanuna əsasən tərkibində GMO olan mallar markalanmalıdır. Lakin bu günə kimi həmin qanunu pozurlar və bu mallar markalanmır ki, istehlakçıların seçim hüququ olsun. Hesab edirəm ki, Azərbaycanda GMO -nun yayılmasının tərəfdarlarıda var".
Eyyub Hüseynov onu da qeyd edib ki, birlik olaraq birmənalı şəkildə buna qarşı daim mübarizə aparırıq: "Çünki modifkasiya olunmuş məhsulların insan sağlamlığına zərəri var. Azərbaycanda GMO əkinçiliyi və bitkiçiliyi var. Genetik modifkasiya edildikdə isə məhsul tez yetişir ki, bu da istehsalçıya biznes baxımından daha sərfəlidir. Amma keyfiyyət baxımından o, standartlara cavab vermir. Əksinə, belə məhsul insan orqanizmi üçün təhlükəlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB