"Ölkə Prezidentinin etibarlılığı Azərbaycanın imicini formalaşdırır"

"Ölkə Prezidentinin etibarlılığı Azərbaycanın imicini formalaşdırır"

"Prezident İlham Əliyev "Şahdəniz-2" layihəsinin imzalanması mərasimində çıxışı zamanı bildirib ki, bu layihə XXI əsrin layihəsidir. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti, eyni zamanda ABŞ-ın dövlət katibi Con Kerri tərəfindən ölkə rəhbərimizə ünvanlanan məktublarda da bu fikir özünü bir daha təsdiq edir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov ABŞ-ın dövlət katibi Con Kerrinin "Şahdəniz" təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır: "Ölkə rəhbərimizin şəxsi keyfiyyətləri, ona məxsus olan etibarlılıq Azərbaycanın imicinin formalaşdırılmasına şərait yaradır. "Şahdəniz-2" əhəmiyyətli layihədir və Avropanın enerji təchizatının təmin edilməsində çox böyük rol oynayacaq. Layihənin reallaşması Prezident İlham Əliyevin apardığı siyasətin dünyəvi siyasətin tərkib hissəsi olduğunu və bu siyasətin etibarlı tərəfdaşlığa, səmərəli əlaqələrin inkişafına söykəndiyini göstərir. Təbii ki, bütün bu baş verən hadisələrin əsasında isə Azərbaycanın milli maraqları dayanır".

Bütün xəbərlər Facebook səhifəmizdə