Neft bahalaşıb

Yanvarın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,24 dollar və ya 0,2% artaraq 1 barelə görə 93,67 dollar olub. SİA-nın məlumatına görə, yanvarın 7-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,62 dollar və ya 0,6% artaraq 107,35 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə