2013-cü ildə 25,3 milyon manat sığorta ödənişi həyata keçirilib
2013-cü il ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 18,477 sığorta tələbi üzrə 25,3 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib. İcbari Sığorta Bürosundan SİA-ya verilən məlumata görə, ötən ildə sığorta şirkətlərinə qarşı irəli sürülən 738 sığorta tələbi baxılma mərhələsindədir.
2013-cü ildə iştirakçı sığorta şirkətləri tərəfindən verilən sığorta ödənişlərinin məbləği 2012-ci illə müqayisədə 3,7 dəfə çox olub. 2013-cü ildə həyata keçirilən sığorta ödənişlərinin 64%-i 2012-ci ildə, 36%-i isə 2013-cü ildə bağlanan sığorta müqavilələri üzrə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB