Azərbaycanın turizm potensialı turizm sərgisində nümayiş olunacaq

Azərbaycanın turizm potensialı turizm sərgisində nümayiş olunacaq

Azərbaycanın turizm potensialı yanvarın 30-dan fevralın 2-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək "EMİTT- 2014" Beynəlxalq turizm sərgisində nümayiş olunacaqdır. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən bildiriblər ki, beynəlxalq sərgidə 70 kvadratmetr sahədə respublikamızın turizm imkanlarını əks etdirən pavilyon quraşdırılacaqdır. Sərginin ziyarətçilərinə və tədbirin iştirakçılarına paylanmaq üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın turizm şirkətləri 2003-cü ildən başlayaraq artıq on ikinci dəfədir ki, "EMİTT" Beynəlxalq turizm sərgisində iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə