Qarabağ əlillərinə statusun verilməsi ilə bağlı meyarlar dəyişəcək

Qarabağ əlillərinə statusun verilməsi ilə bağlı meyarlar dəyişəcək

Tibbi Sosial Ekspert Komissiyyalarından (TSEK) Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə müəyyən şikayətlər daxil olub". SİA-nın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məməmədov bu gün keçiridiyi mətbuat konfransında deyib.

20 gün öncə işində nöqsanlara yol verən TEK sədrlərinin işdən azad edildiyini xatırladan nazir müavini vurğulayıb ki, nazirlik tərəfindən proses davam etdiriləcək: "İstər komissiya sədri, istərsə də komissiyada təmsil olunan hər hansı bir həkim nöqsanlara yol versə, ciddi cəzalandırılacaq".

N.Məmmədov onu deyib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə əlillik statusunun verilməsi ilə bağlı mövcud meyarlara ciddi dəyişikliklər ediləcək.

Onun sözlərinə görə, bu həmin şəxslərə qoyulan tibbi diaqnozdan asılı olacaq: "Əgər 1990-cı illərdə Azərbaycanda bəzi xəstəliklərin müalicəsi yox idisə, bu gün ölkədə müxtəlif əməliyyatlar aparılır və nəticələri çox uğurlu olur. Bu səbəbdən də əlillik statusunun verilməsi ilə bağlı standartlara ciddi dəyişikliklər olunacaq".

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanda tibbi-sosial ekspertiza müayinələrinə dair arayışlar da elektron formada veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə