Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsini qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinasörü qəbul edib. SİA xəbər verir ki, nazir Heydər Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində hökumət tərəfəndən həyata keçirilən tədbirlərin dəstəklənməsində FAO layihələrinin rolunu qeyd edərək bu dəstəyə görə təşkilatın nümayəndəsinə təşəkkürünü bildirib. Nazir Heydər Əsədov, həmçinin FAO-nun Azərbaycan Respublikası Hökuməti ilə birgə hazırladığı Ölkə Proqram Çərçivəsi sənədində aqrar sahənin ehtiyaclarının öz əksinin tapmasının vacib olduğunu qeyd edib.
Mustafa Sinasör səmimi qəbula görə təşəkkürünü bildirib və FAO-nun Azərbaycan üzrə yardım strategiyasının ölkənin kənd təsərrüfatı sahəsindəki ehtiyacları ilə uzlaşdığını diqqətə çatdırıb. Mustafa Sinasör Ölkə Proqram Çərçivəsinin yekun layihəsinin tezliklə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacağını bildirib.
Daha sonra tərəflər arasında Azərbaycanda heyvan kəsimi üçün sallaqxanaların yaradılması, baytarlıq strategiyasının hazırlanması və digər sahələrdə FAO-nun ekspert dəstəyi ilə əlaqədar məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB