NQNK-nın inşa ediləcəyi ərazidə geofiziki, geotexniki və hidroloji işləri “Fugro Survey Ltd” həyata keçirir

NQNK-nın inşa ediləcəyi ərazidə geofiziki, geotexniki və hidroloji işləri “Fugro Survey Ltd” həyata keçirir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin və kənar infrastrukturun layihələndirilməsi üçün Kompleksin inşa ediləcəyi ərazidə detallı geofiziki, geotexniki və hidroloji işlərin həyata keçirilməsi işlərini "Fugro Survey Ltd. (Caspian)" şirkəti təşkil edəcək. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası ilə əlaqədar olaraq işlər ardıcıl olaraq davam edir. Hazırda ərazidə geofiziki işlər yekunlaşıb, hidroloji və geotexniki işlər isə davam edir. Həyata keçiriləcək işlərin yekununda torpaq tədqiqat işləri barədə hesabat hazırlanacaq və həmin sənəddən ərazidə aparılacaq tikinti işləri üçün layihələndirmə işlərində istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə