Dünyadakı əmək miqrantları yoxsul ölkələrin iqtisadiyyatına təsir göstərir
Bütün dünyada əmək miqrantları doğma vətənlərindəki ailələrinə ildə 500 milyard dollardan artıq vəsait göndərirlər ki, bu da 2000-ci ildəki göstəricidən demək olar ki, üç dəfə çoxdur. Vəsaitlərin belə axını dünyanın yoxsul ölkələrinin iqtisadiyyatlarına əhəmiyyətli dəstəyi təmin edir və onların ÜDM-nin orta hesabla 8 faizini təşkil edir. SİA-nın məlumatına görə, bu barədə "Pew Research Center"in hesabatında deyilir.
Bununla yanaşı, miqrasiyanın ən çox seçilən istiqaməti dünyanın digər ölkələrini bir qədər qabaqlayan ABŞ olaraq qalır. Hazırda dünyadakı əmək miqrantlarının 20 faizi (46 milyon nəfər) ABŞ-da yaşayır. İkinci yerdə 11 milyon miqrantla Rusiyadır. Almaniya isə 20 ilə yaxın müddət ərzində altıncı yerdən üçüncü yerə yüksəlib. Adambaşına düşən gəlirin yüksək olduğu bütün ölkələrdə 160 milyon miqrant, yaxud, onların ümumi sayının 69 faizi yaşayır ki, 23 il əvvəl bu rəqəm 87 milyon və ya 57 faiz idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB