Dekabrın 20-də borclu abonentlərin işığı kəsiləcək

Dekabrın 20-də borclu abonentlərin işığı kəsiləcək

"Bakıelektrikşəbəkə" ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz vəfərdi qaydada dayandırılacaq. SİA-ya verilən məlumata görə, 2013-cü ilin sonuna bir neçə həftə qalmasına baxmayaraq, bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı-vaxtında ödəmirlər.

"Bakıelektrikşəbəkə" ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 20 dekabr 2013-cü il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandıracaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranan borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol verən şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindənçox ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, "Bakıelektrikşəbəkə" ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə