Gəncədə Qarabağ müharibəsi əlilləri üçün tikilən binalara istilik sistemləri quraşdırılır
Gəncədə Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri üçün tikilən binalara istilik sistemləri quraşdırılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, "Yeni Gəncə" yaşayış massivində Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri üçün tikilən 9 mərtəbəli 81 mənzilli binaya istilik sistemləri quraşdırılır. "Azəristiliktəchizat" ASC-nin işçiləri tərəfindən binanın qazanxanasında son tamamlama işləri görülüb və ilkin yoxlama başa çatıb. Bir neçə günə binaya istilik verilməsi nəzərdə tutulub. Gəncədə yerləşən digər Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri üçün olan binaların istilik sisteminin qoşulmasına isə 2014-cü ilin yanvar ayından başlanılacaq.

İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB