Energetika naziri: “Layihənin icrası Azərbaycanı nəhəng qaz ixracatçısına çevirəcək”

"Şahdəniz" layihəsinin ikinci mərhələsinin işlənməsi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu əhəmiyyətli dərəcdə artıracaq". SİA-nın məlumatına görə, bunu energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu layihənin icrası ilə Azərbaycan dünyanın böyük qaz ixracatçısına çevirəcək: "Bu layihənin reallaşması Azərbaycanın nüfuzunu regionda və Avropada artıracaq".

N.Əliyev deyib ki, bu layihənin icrası yeni yataqların işlənib hasil edilməsinə imkan yaradacaq: "Eyni zamanda Azərbaycan bu layihənin icrası ilə qaz satışı üzrə tranzit ölkəyə çevriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə