Əhalinin banklarda yerləşdirilmiş əmanətləri 34,4 faiz artaraq 6303,4 milyon manata çatıb

Əhalinin banklarda yerləşdirilmiş əmanətləri 34,4 faiz artaraq 6303,4 milyon manata çatıb

Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-dək əhalinin banklarda yerləşdirilmiş əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz artaraq 6303,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, əmanətlərin 3865,8 milyon manatı və ya 61,3 faizi milli, 2437,6 milyon manatı xarici valyuta şəklində qoyulmuş və ötən ildəkinə nisbətən müvafiq olaraq 43 faiz və 22,8 faiz artıb. Əmanətlərin 75,6 faizi özəl banklarda yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə