Eyyub Hüseynov: “Azərbaycanda satılan oyuncaqların təxminən 40 faizi sertifikatlaşdırılıb”
"Yeni il bayramı ilə əlaqədar olaraq bir çox mağazalara yeni oyuncaqlar gətirilib. Lakin bu oyuncaqların əksəriyyəti keyfiyyətsiz oyuncaqlardır". SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib.
Onun sözlərinə görə, birlik tərəfindən bu oyuncaqlar üzərində monitorinq aparılmır: "Lakin, gələn şikayətlər əsasında vətəndaşlara kömək göstəririk. Bu oyuncaqlar ölkənin əmtəə bazarına daxil olmadan öncə sertifikatlaşdırılmalı və yoxlanılmalıdır. Azərbaycanda satılan oyuncaqların təxminən 40 faizi məcburi sertifikatlaşdırılmadan keçilir".
Eyyub Hüseynov bildirib ki, ölkəmizdə satışa çıxarılan keyfiyyətsiz oyuncaqlar əsasən Çindən, İrandan, Dubaydan və Türkiyədən gətirilir: "Buna görə də istehlakçılar hər biri oyuncaq alarkən tədbirli davranmalıdır, diqqətli olmalıdırlar. İstehlakçı oyuncaq mağazasına daxil olan zaman spesifik qoxu hiss etsə deməli həmin mağazada satılan oyuncaqlar keyfiyyətsizdir. Bununla yanaşı, satılan tüklü oyuncaqların tükü qopsa deməli bu oyuncaq standartlara uyğun deyil, keyfiyyətsiz istehsalın məhsuludur. Yeni il şənliklərində uşaqlara hədiyyə verilən və ya mağazalarda satışa çıxarılan paketlərin içindəki un və şokolad məhsullarının vaxtı keçmiş, keyfiyyətini itirmiş olur. Bununla əlaqədar valideynlər bu tipli məhsullar alarkən diqqətli olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB