Nadir Əzməmmədov: “Dəmiryolu nəqliyyatı üzrə sərnişin daşımada biletlərin qiyməti artmayacaq”
"Qarşıdan gələn bayram günləri ilə əlaqədar olaraq dəmiryol nəqliyyatında sərnişin sıxlığının olması gözlənilir". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, bayramla əlaqədar olaraq sərnişin artımı həm paytaxt Bakıda, həm də digər istiqamətlərdə olması gözlənilir: "Artıq bir neçə ildir ki, sərnişinlər arasında ən çox sıxlıq ölkənin qərb istiqamətində müşahidə edilir. Əlbəttə ki, bu il də sərnişinlər arasında sıxlıq olsa, bunu aradan qaldırmaq üçün qatarlara sərnişin vaqonları əlavə olunacaq".
Nadir Əzməmmədov bayram günlərində dəmiryol nəqliyyatı üzrə bilet satışının qiymətində süni artımlara da münasibət bildirib: "Bu sahədə qiymətlərə nəzarəti Tarif Şurası həyata keçirir. Bayramla əlaqədar olaraq biletlərin qiymətlərində artım olmayacaq. Sərnişinlər kassalardan bilet almağa 10 gün əvvəl başlaya və yaxud sifariş edə bilərlər. Buna baxmayaraq bayram günləri də bilet satışı həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB