Şöbə müdiri: "Çörəyin paketlənməsi məcburi deyil" AÇIQLAMA
"Hazırda istehsal olunan çörəyin paketlənməsi və ya qablaşdırılması məcburi deyil". Bunu SİA-ya açıqlamsında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, hələ də məsələ ilə bağlı dövlət standartı qüvvəyə minməyib: "Lakin gələcəkdə istehsal növündən asılı olmayaraq, çörəyin paketlənərək satılması barədə standart qəbul edilsə, bu zaman çörəyin paketlənməsi məcburi xarakter daşıyacaq. Hazırda bu kimi standart olmadığından çörəyin paketlənməsi məcburi deyil. Standart qəbul olunduqdan sonra isə biz bu tələblə çıxış edib müəyyən tədbirlər görəcəyik".
Şöbə müdiri antisanitariya şəraitində fəaliyyət göstərən çörək sexlərində aparılan monitorinqlər barədə də məlumat verib: "Son illər beynəlxalq standartlara cavab verən çörək istehsalı ilə məşğul olan zavodlar tikilib. Bunu baxmayaraq, hələ də bu sahədə fəaliyyət göstərən kiçik sexlər var ki, burada qəbul edilmiş beynəlxalq standartlar pozulur. Cari ilin 11 ayında 10-a yaxın çörək istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb, onlara cərimə sanksiyaları tətbiq edilib. Cərimələrin həcmi isə çörək istehsal edənin hüquqi və fiziki şəxs olması ilə əlaqədar 100-400 manat civarında dəyişir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB