Heydər Əsədov Şəkidə vətəndaşları qəbul edəcək

Heydər Əsədov Şəkidə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 20-də saat 11:00-da Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsində (Ünvan: Şəki şəhəri, Oğuz şosesi, 15A) Şəki, Oğuz, Qəbələ, Zaqatala, Qax, Balakən rayonlarının sakinləri ilə görüşəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi (Əlaqə telefonu: 024-24-5-20-22, 050-200-55-63)) tərəfindən həyata keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə