Orxan Bayramov: "3000-dən çox agent attestasiyadan keçməli olacaq" DİQQƏT

Orxan Bayramov: "3000-dən çox agent attestasiyadan keçməli olacaq" DİQQƏT

"Hazırda Azərbaycanda 800-dən çox agent var və bu çox normal haldır. Lakin artıq agentlərin kəmiyyətə baxımından deyil, keyfiyyət baxımından dəyişilməsinə ehtiyac var". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib.

Onun sözlərinə görə, keyfiyyət dəyişiklikləri istiqamətində qurum tərəfindən bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə, sığorta şirkətləri ilə son 1 ayda 3-4 dəfə görüş təşkil edilib: "Görüşlərin yekunu olaraq planlaşdırılıb ki, 2014-cü ilin yanvar ayında agentlər üçün təlim mərkəzləri yaradılsın. Yaxın vaxtlarda məsələ ilə əlaqədar müzakirə olunan qanun ölkə rəhbərinin imzası ilə qüvvəyə minəcək və 3000-dən çox agent attestasiyadan keçməli olacaq. Hazırda lisenziya ilə fəaliyyət göstərən agentin sayı 250-dir. Nəzərə alsaq ki, hər həftə lisenziya almaq üçün qurumumuza 30-40 agent müraciət edir. Deyə bilərəm ki, növbəti illərdə bu sahədə böyük dəyişikliklər olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə