Sığorta Agentlərinin II Milli Forumu keçirilib

Sığorta Agentlərinin II Milli Forumu keçirilib

Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə "Sığorta Agentlərinin II Milli Forumu" keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən ASA-nın sədri Orxan Bayramov bildirib ki, ötən ildən etibarən hər il rəhbərlik etdiyi qurum tərəfindən Sığorta Agentlərinin Milli Forumu keçirilir və bu ənənə növbəti illərdə də davam edəcək.

Onun sözlərinə görə, bu dəfə Agent Forumunun əsas mövzusu 2014-cü ildə Azərbaycanın sığorta bazarında və sığorta agentlərinin fəaliyyətində baş verəcək keyfiyyət dəyişiklikləridir: "Bura agentlərin bilik səviyyəsinin yüksəldilməsi, maarifləndirilməsi, satış texnologiya və satış texnikalarının təkmilləşdirilməsi, daha keyfiyyətli satış üsullarından istifadə olunması və s. aiddir. Bundan başqa, agentlər tərəfindən baş verən bəzi mənfi halların, o cümlədən dələduzluq halları da Forumda müzakirə ediləcək. Budəfəki forumda təqribən 250 sığorta agentinin, o cümlədən hüquqi şəxs kimi fəaliyyət göstərən bütün sığorta agentlərinin iştirakı planlaşdırılır. Bu, ölkə üzrə fəaliyyət göstərən sığorta agentlərinin 30%-i deməkdir".

Forum Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun, İcbari Sığorta Bürosunun rəisi Elxan Quliyevin, ASA-nın sədri Orxan Bayramovun, eləcə də sığorta şirkətlərinin və agentlərinin nümayəndələrinin çıxışları və təqdimatları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə