Nazir: "İkiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalanmağa hazırdır"
"Azərbaycan və Səudiyyə Ərəbistanı ikiqat vergitutmanın qarşılıqlı aradan qaldırılmasına dair sazişi razılaşdırıb". SİA xəbər verir ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistan forumunda çıxış edərkən belə deyib.
Onun sözlərinə görə, hazırda ölkələr arasında əməkdaşlığın inkişafına dair 10 sənəd mövcuddur: "Bunlardan 1994-cü ildə imzalanan iqtisadiyyat, ticarət, investisiya, mədəniyyət və gənclik haqqında baş sazişi, investisiyaların qarşılıqlı təşviqi haqqında sazişi qeyd etmək olar. İkiqat vergitutmanın qarşılıqlı aradan qaldırılmasına dair saziş isə imzalanmağa hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB